Neymar öz simulyasiyalarından danışıb: "Bu ağrılıdır"

Braziliya yığmasının və PSJ klubunun hücumçusu Neymar onu simulyasiyalara görə tənqid edənlərə cavab verib.

Yeniavaz.com-un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, futbolçu deyib: “Siz düşünürsünüz ki, mən zərbələrdən həmişə əziyyət çəkmək istəyirəm? Xeyr, bu ağrılıdır. Oyunlardan sonra 4-5 saat buzla birlikdə otururam, bu çətindir, əgər heç vaxt belə bir şeyi keçirməmisinizsə, o zaman başa düşməyəcəksiniz. Mən yıxılmalarımla bağlı zarafatları görmüşəm, lakin onlara yumorla yanaşdım”.

O, həmçinin izah edib ki, öz futbolunu driblinqdən istifadə etməklə oynayır: “Mən rəqib qarşısında dayanıb deyə bilmərəm ki, “bağışlayın, lakin mən qol vurmalıyam. Mən onu keçməliyəm, o isə məni dayandırmağa çalışmalı, ya da qaydanı pozmalıdır. Çox vaxt rəqibdən tez tərpənirəm, buna görə də onlar məni vururlar. Hakimlər bunu görməlidirlər”.

DİGƏR XƏBƏRLƏR

Top