Adnan Oktarın şantaj bazası tapılıb

Ələ keçirilən rəqəmsal arxivin araşdırılması zamanı isə porno tərkibli görüntülər üzə çıxıb

“Adnan hoca” kimi məşhur olan Adnan Oktarın Beykozda şantaj məqsədilə ilə çəkdiyi iddia edilən video qeydlərin saxlanıldığı anbar aşkar edilib.

Anbarda olan 2500 hard disk, kompüter, planşet, mobil telefonlar götürülüb. Şantaj məqsədilə çəkildiyi iddia edilən rəqəmsal materialların müəyyən edilməsi üçün Kiber Cinayətkarlıqla Mübarizə şöbəsində xüsusi qrup yaradılıb.

Ələ keçirilən rəqəmsal arxivin araşdırılması zamanı isə "porno" tərkibli görüntülər üzə çıxıb. Görüntülərdə təşkilatın kişi üzvlərinin qadınlarla birlikdə olduğu iddia edilir.

Türkiyə mətbuatının məlumatına görə, dindirilmə zamanı Adnan Oktara 164 səhifəlik 353 sual verilib. Oktar sualların çoxuna "tamamilə yalandır" deyə cavab verib və ya mövzudan yayınıb. (Sputnik)

DİGƏR XƏBƏRLƏR

Top