Ukraynadan ən çox atıcı silah alan bu ölkədir

2017-ci ildə Ukraynadan ən çox silah alan ABŞ olub. Yeniavaz.com-un RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət İxrac Nəzarəti Xidmətinin məlumatında deyilir. Bildirilir ki, Amerika Kiyevdən 15 mindən çox avtomat, eləcə də 790 ədəd qumbaratan alıb.

Bununla da ABŞ ardıcıl üç ildir Ukraynda atıcı silah alışı üzrə ilk yeri tutmaqda davam edir. Birləşmiş Ştatlar 2015 və 2016-cı illərdə 10 min ədəd tüfəng və karabin, habelə zenit-raket kompleksləri alıb.

Bununla belə, məlum deyil ki, silah bilavasitə amerikalı hərbçilər üçün alınıb, yoxsa ABŞ Ukrayna və digər ölkələr arasında vasitəçi olub. Həmçinin qeyd edilməyib ki, ABŞ-da avtomat və tüfəngləri kim alıb: Pentaqon, yoxsa, özəl şirkətlər.

ABŞ-dan başqa, İordaniya, Monqolustan, Özbəkistan və Türkiyə də Ukraynadan atıcı silah alıb. Texnikaya gəlincə, 2017-ci ildə onun alıcısı Tailand olub. Bu ölkə 16 ədəd “Oplot” tankı əldə edib.

DİGƏR XƏBƏRLƏR

Top