Gürcüstanın müxalif partiyası prezidentliyə namizədini irəli sürdü

Gürcüstanın müxalif “Avropalı Gürcüstanı” Partiyası David Bakradzenin prezidentliyə namizədliyini irəli sürüb. D. Bakradzenin namizədliyi Kutaisi şəhərində təqdim olunub. Tədbirdə çıxış edən partiyanın liderlərindən biri Gigi Uqulava bu gün cəmiyyətə sabahkı günə ümid verəcək prezidentin lazım olduğunu deyib: “Ölkədəki xaosa son qoyulmalıdır. Gürcüstana vətəndaşların yanında olan, lakin onları ambisiyaları ilə narahat etməyəcək prezident lazımdır”.

Qeyd edək ki, D. Bakrazde parlament azlığının lideridir. O, 2013-cü ildə prezident seçkilərində “Vahid Milli Hərəkat” Partiyasının namizədi olub.

D. Bakradze 2008-2012-ci illərdə Gürcüstan parlamentinin sədri vəzifəsini tutub.

Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək.(APA)

DİGƏR XƏBƏRLƏR

Top