Nazir yeni evlənən cütlüyə soyuducu hədiyyə etdi

Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 20-də Qazax rayonunda vətəndaşları qəbul edib. Yeniavaz.com xəbər verir ki, Əbülfəs Qarayev Qazaxda keçirəcəyi qəbuldan əvvəl Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub. Eyni zamanda Elvin Məmmədov və Ülviyyə İsgəndərova cütlüklərin arzusu əsasında mərkəzdə reallaşan nikah mərasimində də iştirak edib. Onları təbrik edərək xoş arzularını çatdıraraq gənc ailəyə soyuducu hədiyyə edib. Bu gün həmin hədiyyə öz sahiblərinə çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top