Xaricdə istirahət zamanı fərdi evlərdə qalmaq ucuz başa gəlir, amma... - VİDEO

Ölkəmizdə əksər turistlər ucuz başa gəlsin deyə qonşu ölkələrə şəxsi avtomobilləri və avtobuslarla səfər edirlər. Bu zaman isə onlar hotel əvəzinə, şəxsi evləri seçə bilərlər. Amma belə evlərdə qalmaq ucuz başa gəlsə də, bəzi risklər də var. Ona görə də bu kimi halların baş verməməsi üçün mütəxəssislərin turistlərə bəzi tövsiyələri var. Turizm üzrə ekspertlərin sözlərinə görə, belə evləri əksər onlayn turistik xidmət göstərən saytlardan tapmaq olar. Amma bir çox hallarda bu saytlarda vəd edilən şərait yaradılmır və ya bəzən ümumiyyətlə, evi tapmaq mümkün olmur.

Ekspert bildirir ki, bu kimi hallarla qarşılaşmamaq üçün turistlər müqavilə əsasında xidmət göstərən şirkətlərə üstünlük versələr yaxşıdır. Ölkəmizdə əksər turizm şirkəti istənilən şəhərdə və bölgədə belə fərdi evləri təqdim edir.


Bundan başqa, əsasən Türkiyədə "apartman" tipli hotellər geniş yayılıb ki, belə hotellərin otaqlarında həm də daxili mətbəx olur və turist oradan rahat şəkildə istifadə edir.


Qeyd edək ki, hotellərlə müqayisədə belə evlərdə qalmaq turistlərə 40-50 % qənaət etməyə imkan verir.(Xezerxeber)

İstirahət

DİGƏR XƏBƏRLƏR

Top