Türkiyə ən çox maye qaz idxal edən ikinci ölkədir

Avropa ölkələri 2017-ci ildə ümumilikdə 47 milyon ton maye qaz idxal edib. Yeniavaz.com-un “Dünya” qəzetinə istinadən verdiyi məlumata görə, qitədə ən çox maye qaz idxal edən ölkə İspaniya olub. Bu ölkənin idxalı 12,2 milyon ton təşkil edib. Ötən il Avropada ən çox maye qaz idxal edən ikinci ölkə isə Türkiyə olub. Türkiyənin maye qaz idxalı 7,8 milyon ton təşkil edib. Siyahıda üçüncü və dördüncü yerləri müvafiq olaraq Fransa (6 milyon ton) və Böyük Britaniya (4,9 milyon ton) tutub. 2017-ci ildə Avropa ölkələrinə göndərilən maye qazın bböyük qismi Afrika və Yaxın Şərq ölkələrindən tədarük edilib.

DİGƏR XƏBƏRLƏR

Top