Baş nazirdən Təhsil Nazirliyi ilə bağlı QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib. Yeniavaz.com xəbər verir ki, dəyişikliyə əsasən, Təhsil Nazirliyinin kollegiyasının sayı yeddi nəfərdən ibarət olacaq. Bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov qərar imzalayıb.
Qərara əsasən, təhsil naziri Ceyhun Bayramov kollegiyanın sədri təyin edilib. Təhsil nazirinin müavinləri – Firudin Qurbanov, Məhəbbət Vəliyeva, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Təhsil Nazirliyi Aparatının rəhbəri Muxtar Məmmədov, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini Yaqub Piriyev kollegiyanın üzvləri təyin olunublar.

DİGƏR XƏBƏRLƏR

Top