DTX-nın həbs etdiyi baş redaktorun istəyi reallaşmadı

"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Hakimlər kollegiyasının qərarına əsasən H.Vəliyevin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. O, hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.(Lent.az)

DİGƏR XƏBƏRLƏR

Top