İmtahana görə intihar edən gəncin anası da həmin yerdən özünü atdı - TƏFƏRRÜAT - YENİLƏNİB

Sumqayıt şəhərində özünü oğlunun intihar etdiyi yerdə öldürən qadının adı məlum olub. 1980-cı il təvəllüdlü Xuraman Əzizağa qızı Rüstəmova 14 mərtəbəli binanın damına çıxaraq özünü yerə atıb. Qadın hadisə yerində dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, X.Rüstəmova bu ilin may ayının 15-də özünü həmin 14 mərtəbəli binanın damından ataraq intihar edən, 2001-ci il təvəllüdlü Faiq Fuad oğlu Rüstəmovun anasıdır. Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olan F.Rüstəmov 2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında aşağı bal topladığı üçün özünü binanın damından ataraq intihar etmişdi.

16:25***

Sumqayıt şəhərində orta yaşlı qadın intihar edib.

Hadisə şəhər ərazində yerləşən ondördmərtəbəli yaşayış binasında baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın binanın damına çıxaraq özünü yerə atıb. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək edək ki, intihar edən qadın bir müddət əvvəl imtahanda bal toplaya bilməyərək özünü eyni yerdən atan gəncin anasıdır. Hazırda həmin qadının kimliyi müəyyən edilir.

Faktla bağlı araşdlrma aparılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top