İranda güc strukturuna hücum: azı 10 ölü

İranın qərbində yaraqlılar İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) üzvlərinə hücum ediblər. Yeniavaz.com-un “RİA Novosti” agentiyinə istinadən verdiyi məlumata görə, hücum zamanı İİKK-nin azı 10 əməkdaşı həlak olub. Silahlılar İİKK-nın quru qoşunlarının keşikçi postuna basqın ediblər. İnsident Merivan şəhəri yaxınlığında baş verib. Bundan sonra hücum edənlər silah-sursat anbarını partladıblar. Məlumata görə, hücum edənlərin bir neçəsi məhv edilib, xeyli yaraqlı yaralanıb. Hələlik hücuma görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

DİGƏR XƏBƏRLƏR

Top