Adnan Oktarın qardaşı ilk dəfə danışdı: Atatürkçü dəliqanlıdır

Türkiyənin “Kanal D” telekanalı Adnan Oktarın Hatayda yaşayan böyük qardaşı Kənan Oktarı taparaq onun baş verənlərlə bağlı münasibətini öyrənməyə çalışıb.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, K. Oktar jurnalistlərin suallarına sərt reaksiya verib. Qadın xəstəlikləri və doğum həkimi K. Oktar qardaşı barədə ilk dəfə bunları deyib: “Siz ilk dəfə görürsünüzmü? 1979-80-ci illərdən bəri olduqca şərəfli, vətənpərvər, Atatürkçü bir dəliqanlıdır. Hansı səhvini gördünüz ki, ona iftira atırsınız? Təşkilat adlı bir şeyi yoxdur qardaşımın. Jurnalist olaraq yerini bil, çirkin danışırsan. Çox ciddi iftira atırsınız. Elədiyiniz qorxulu haldır. Bir növ məhkəməsiz cəzalandırmağa bənzəyir. Bu mediya terrorudur. Yalan xəbərlər yayırsınız. Medianın əksəriyyəti məhəllədəki itlər kimi eyni adama hücum edir, utanmırsınız”.

DİGƏR XƏBƏRLƏR

Top