Buşun həkimi güllələndi

ABŞ-ın Hyuston şəhərində naməlum şəxs Amerikanın 43-cü Prezidenti ata Corc Buşun kardioloqu Mark Hausnehti güllələyib.

Yeniavaz.com-un “Life.ru” portalına istinadən verdiyi məlumata görə, hüquq-mühafiqə orqanlarından deyiblər ki, həkim M. Hausneht və onun qatili velosipedlərlə bir-birinin qarşı hərəkətdə olublar. Onlar üz-üzə gələndə isə killer həkimə iki atəş açıb. Kardioloq hadisə yerindəcə keçinib. C. Buş M. Hausnehtin ailəsinə, həmkarlarına və dostlarına başsağlığı verib. Qatil axtarışa verilib. Polisin məlumatına görə, bu, ağdərili və ya latın amerikalı 30 yaşlı kişidir.

DİGƏR XƏBƏRLƏR

Top