Putinin Trampa verdiyi top yoxlanılır

Rusiya Prezidenti Vladimir Putinin Helsinkidə amerikalı həmkarı Donald Trampa təqdim etdiyi top təhlükəsizlik yoxlamasından keçir.

Yeniavaz.com “Life.ru” portalına istinadən xəbər verir ki, bu barədə ABŞ məxfi xidmətindən deyiblər. Xidmətdən bildiriblər ki, bu, Prezidentin aldığı bütün hədiyyələr üçün standart prosedurdur. D. Tramp topu aldıqdan sonra bildirmişdi ki, onu kiçik oğlu, 12 yaşlı Berrona verəcək. Berron futbol fanatıdır. ABŞ Milli Kəşiyyatının direkoru Den Kouts daha əvvəl bəyan etmişdi ki, topa diqqətlə nəzarət edilir.

DİGƏR XƏBƏRLƏR

Top