Bu il Naxçıvanda cəmi bir avtomobil qəzası olub

2018-ci ilin I yarısında Naxçıvan Muxtar Respublikasının avtomobil yollarında cəmi 1 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələr və 2018-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri ilə bağlı keçirilən kollegiya iclasında daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov geniş məruzə ilə çıxışında bildirib.

Nazir qeyd edib ki, hadisə nəticəsində 1 nəfər ölüb, xəsarət alan olmayıb. Bu dövrdə 148 sərxoş sürücü aşkar edilərək barələrində qanuni tədbirlər görülüb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top