Bu ölkədə yumurtanın qiyməti 2 dollara yüksəldi: səbəbi isə futboldur

İyunun ortalarından İndoneziyanın paytaxtı Cakartada bir kiloqram yumurtanın qiyməti 29 min İndoneziya rupisinədək (2 dollar), yəni 21 faiz artıb. Yeniavaz.com-un RBK-ya istinadən verdiyi məlumata görə, bu, son illərdə qeydə alınmış maksimal qiymətdir. Qiymət artımına səbəb isə Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatında yumurtaya yüksək tələbatın olmasıdır. Belə ki, indoneziyalılar matçlara milli yemək olan lapşa yeməklə baxıblar. Həmin yeməyə isə yumurta əlavə olunur. Yerli fermerlər assosiasiyasının rəhbəri Leopold Halim bildirib ki, nəticədə tələbat artıb və qiymət bahalaşıb. Yumurtanın bahalaşmasının ikinci səbəbi isə taxıl qıtlığı olub. Belə ki, hökumət taxılın xaricdən gətirilməsinə məhdudiyyət qoyub. Yekunda İndoneziya hökumətə vəziyyətə müdaxilə etməyə məcbur qalıb. Kənd təsərrüfatı naziri Amran Süleymanın sözlərinə görə, hökumət 1 kiloqram yumurtanın qiymətini 22 min rupiyədək endirməyə ümid edir. Bu məqsədlə Cakartaya əlavə ymurta tədarükləri təşkil olunub. Bundan başqa, dövlət mağazalarında fiksə edilmiş qiymət müəyyənləşdirilib: 1 kiloqrama görə 19,5 min rupi.

DİGƏR XƏBƏRLƏR

Top