Dağıstanda 2 yol polisi güllələnib

Dağıstanda yol-patrul xidmətinin (YPX) əməkdaşlarına silahlı hücum nəticəsində 2 polis həlak olub. Bu barədə DİN-in məlumatında bildirilir.

“Lada” avtomobilində hərəkət edən naməlum şəxslər avtomat silahlardan polis maşınını gülləbaran ediblər. Nəticədə iki polis əməkdaşı aldıqları güllə yaralarından hadisə yerində keçinib, daha biri xəstəxanaya aparılıb. (APA)

DİGƏR XƏBƏRLƏR

Top