İranda Azərbaycan bayrağını öpməkdə ittiham edilən həkimə bir il həbs cəzası

İranın Şərqi Azərbaycan vilayətinin məhkəməsi “sistemin əleyhinə təbliğ etmək” göstərmək ittihamı ilə mühakimə etdiyi azərbaycanlı fəal, Dr. Seyyid Camal Musəvinəjad barəsində bir il həbs qərarı verib.

Yeniavaz.com "GünAz TV"yə istinadən xəbər verir ki, Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsi azərbaycanlı milli-mədəni fəal Dr. Seyid Camal Musəvinəjad barəsində çıxarılan 1 illik həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.

Apelyasiya Məhkəməsi müttəhimin təqdim etdiyi bütün sənəd və dəlilləri rədd edərək verilən həbs cəzasını təsdiq edib.

Sarab şəhərinin təhlükəsizlik qüvvələri ötən aylarda azərbaycanlı fəalın evində axtarış aparıb, fəala aid mobil telefonu, noutbuk, kitab və əlyazmaları götürüblər. Bundan sonra fəal bir neçə dəfə Sarabın Ettelaat İdarəsinə çağırılıb. Ettelaat İdarəsi dosye təşkil olunduqdan sonra onu Sarabın Ədliyyə Şöbəsinə göndərib. İlk öncə sistemin əleyhinə təbliğ etmək, rəhbəri və müqəddəsləri təhqir etməkdə günahlandırılan fəal, sonralar keçirilən məhkəmə prosesində irəli sürülən iki ittihamdan bəraət qazanıb, o yalnız sistemin əleyhinə təbliğ etmək ittihamı ilə Sarab Məhkəməsi tərəfindən 1 illik həbs cəzasına məhkum edilib.

Məhkəmə, Teleqram kanalında 1945-ci ildə Azərbaycan Milli Hökumətinin qurulması və hökumətin rəhbəri, böyük öndər Seyid Cəfər Pişəvəri haqda tarixi mətləb yaymaq və kompüterində Azərbaycan Cümhuriyyətinin bayrağını öpdüyü şəkilin tapılmasını dəlil kimi göstərərək fəalı sistemin əleyhinə təbliğ etməkdə günahlandırıb.

S.C.Musəvinəjadın sözlərinə görə, o sorğu-suala tutulduğu və ittihamlarının elan olunduğu zaman, həmçinin məhkəmə prosesi, o cümlədən Apelyasiya Məhkəməsinin iclası zamanı təhlükəsizlik və məhkəmə məsulları tərəfindən təhqir və təzyiqlərə məruz qalıb.

Qeyd edək ki, HRA agentliyinin yaydığı məlumata görə, azərbaycanlı fəal 400 milyon tümənlik (təqribən 92 min dollar) mülki zəmanətlə müvvəqəti azadlığa buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top