"Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"na əlavələr edilib.
Yeniavaz.com xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 62-ci km-də Kür çayı üzərində körpü (Kürdəmir rayonu) və paytaxtdakı Respublika Narkoloji Mərkəzi mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"na əlavə edilib.