Rus hərbçilər erməni nazirə söz verdilər: bundan sonra belə şey olmayacaq

Rusiya Slahlı Qüvvələrinin Cənub hərbi dairəsinin nümayəndələri Ermənistanın müdafiə naziri David Tonoyan ilə görüşdə bu günlərdə Ermənistanın Panik kəndindən baş vermiş insidentlə bağlı təəssüflərini bildiriblər. Yeniavaz.com-un “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Ermənistanın müdafiə naziri cümə günü Rusiya Slahlı Qüvvələrinin Cənub hərbi dairəsinin qərargah rəisinin müavini, polkovnik Vladimir Stexovu və 102-ci hərbi bazanın komandiri, polkovnik Vladimir Yelkanovu qəbul edib. Cənub hərbi dairənin nümayəndələri, həmçinin erməni naziri əmin ediblər ki, bundan sonra Ermənistanda dislokasiya edilmiş 102-ci Rusiya hərbi bazasının komandanlığı tədbirlərin hazırlanması zamanı ehtiyatlı və sistematik olacaq. D. Tonoyan öz növbəsində 102-ci bazanın fəaliyyəti zamanı və xüsusilə də hərbi hazırlıq üzrə tədbirlərdə rusiyalı hərbçiləri əhali ilə münasibətlərin qurulmasına yönəlmiş məsələlərə xüsusi diqqət yetirməyə çağırıb. Xatırladaq ki, Panik administrasiyasının rəhbəri Vardan Makeyan iyulun 17-də bəyan etmişdi ki, rusiyalı hərbçilər kənd ərazisində boş patronlara təlim keçiblər. Onlar təlimlərin keçirilməsi barədə xəbərdar edilməyiblər, buna görə də kəndin bir çox sakini narahatlıq keçirib.

DİGƏR XƏBƏRLƏR

Top