"Hazırda stansiyalar öz gücündə çalışır" YENİLƏNİB

"Azərenerji" ASC-nin "8-ci Mikrorayon" adlandırılan xəttində açılma baş verib. Nəticədə bir sıra ərazilərdə elektrik enerjisinin təchizatında fasilə yaranıb. Bu da qısa müddətli olub".

Yeniavaz.com xəbər verir ki, bunu "Report"a "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, problem qısa zamanda aradan qaldırılıb. "Azərenerji" ASC-nin tabeliyindəki heç bir stansiyada hər hansı hadisə baş verməyib", - deyə o bildirib. ASC rəsmisi qeyd edib ki, hazırda stansiyalar öz gücündə çalışır.

23.32

Bu gün axşam saatlarında Bakı şəhərinin və ölkənin regionlarının bir qismində elektrik enerjisinin təchizatında fasilə yaranıb.

Yeniavaz.com-un məlumatına görə, məsələ ilə bağlı "Report"a açıqlama verən "Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev faktı təsdiqləyib.

Enerjinin təchizatında yaranmış təxminən 25-30 dəqiqəlik fasilə "Azərişıq" ASC-nin daxili imkanları hesabına aradan qaldırılıb. T. Mustafayev bildirib ki, elektrik enerjisinin nəqlində yaranan fasilə "Azərişıq" ASC ilə əlaqədar olmayan səbəblərdən baş verib.

"Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı isə "Report"a bildirib ki, məsələ araşdırılır. Elektrik enerjisinin nəqlində yaranan fasilənin "Azərenerji" ASC-nin stansiyaları ilə bağlı olub-olmaması araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top