İsrail tərəfindən Qəzzada bir neçə hədəfə atəş açılıb

İsrail hərbçiləri tərəfindən Qəzza zolağında yerləşən bir neçə hədəfə atəş açılıb.

Yeniavaz.com xarici KIV-lərə istinadən xəbər verir ki, İsrail ordusu bunun Fələstin tərəfindən açılan atəşə cavab addımı olduğunu bildiriblər.

Tərəflərin itkiləri haqqında rəsmi açıqlama verilmir. Məlumatda deyilir ki, Qəzza zolağının cənubunda meydana gələn iğtişaşlar zamanı hərbçilərə atəş açılıb. İsrail müdafiə ordusu aviasiya və tanklardan istifadə edərək terrorçularz məxsus bir neçə hədəfə zərbələr endirib.

DİGƏR XƏBƏRLƏR

Top