Gəncədə “Xəcalət” və “Bizim səsimiz” tamaşaları nümayiş olunub

Gəncə Dövlət Dram Teatrının səhnəsində “ASAN Xidmət” Gəncə Regioan Mərkəzi və ASAN Könülllər təşkilatının “Xəcalət” və “Bizim səsimiz” tamaşaları nümayiş olunub.

Yeniavaz.com xəbər verir ki, “ASAN Xidmət” Gəncə Regioan Mərkəzi və ASAN Könülllər təşkilatının dəstəyi ilə ərsəyə gələn hər iki tamaşada ASAN Xidmət mərkəzinin cari və məzun könüllüləri rol alıblar. Xronometrajı 55 dəqiqə olan “Xəcalət” - bir hissəli vətən balladasının ssenari müəllifi Hüseybala Mirələmovdur. Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan toröaqlarının 20 faizinin düşmən tapdağı altında olması, öz dədə-baya yurdlarından didərgin düşmüş, qaçqın həyatı yaşayan sakinlərin həyatı səhnə əsərinin əsas mövzusunu təşkil edir. Onların çəkdiyi Vətən həsrəti bir məcburi köçkünün simasında tamaşaçıya çatırılır. 35 dəqiqə davam edəcək “Bizim səsimiz” tamaşasının ssenarisi isə ASAN Xidmət mərkəzinin cari və məzun könüllülərinə məxsusdur. Redaktor Firuzə Əliyevadır. Ailə daxili münaqişələr, qadına qarşı fiziki və mənəvi zorakılıq mövzusu tamaşanın ana xəttini təşkil edir. Səhnə əsərində alkoqolizmin fəsadlarından da bəhs edilir. Hər iki səhnə əsərinə rejissor Elşad Əhmədli quruluş verib.

DİGƏR XƏBƏRLƏR

Top