Türkiyə və Hollandiya keçmiş günlərinə qayıdır: ilk addımı kim atdı?

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hollandiyalı həmkarı Stef Blok ilə telefon danışığı aparıb. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, M. Çavuşoğlu həmkarının məktub göndərdiyini bildirib. O deyib: “Məktub da bizim əlimizdədir. Münasibətlərin normallaşdırılması üçün razılığa gəldik. Hollandiyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək. Hansı addımların atılacağı müəyyən ediləcək”. Telefon söhbətinin ardından yazılı açıqlama verilib. Açıqlamada Türkiyə və Hollandiyanın əlaqələri qarşılıqlı olaraq normallaşdırmaq qərarı aldıqları vurğulanır. Açıqlamada deyilir: “İyulun 11-də Türkiyə və Hollandiyanın xarici işlər nazirləri Brüsseldə NATO sammiti çərçivəsində görüşüblər. Nazirlər iki ölkə arasında əlaqələrin pozulmasına rəvac verən 2017-ci ilin mart ayında baş vermiş məyusedci hadisələri müzakirə ediblər. Tərəflər Türkiyə və Hollandiyanın bir çox ortaq mənfəəti olan iki dost və NATO müttəfiqi ölkə olduqlarını vurğulayıblar. İki ölkə 400 ildən artıqdır yaxın əlaqələr saxlayıblar. Hollandiyanın xarici işlər naziri türk həmkarına məktub göndərib və Türkiyənin xarici işlər naziri də öz növbəsində ona telefonla zəng edib. Telefon söhbəti zamanı iki nazir ölkələr arasında diplomatik əlaqələrin normallaşdırılması məsələsində razılığa gəlib”.

DİGƏR XƏBƏRLƏR

Top