“Google” Trampın “idiot” şəkillərini göstərməyə başlayıb

“Google” axtarış sistemi “idiot” sorğusu üzrə ABŞ Prezidenti Donald Trampın fotoşəkillərini göstərməyə başlayıb.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, D. Trampın Böyük Britaniyaya səfəri ərəfəsində onun əleyhdarları fləşmob təşkil ediblər. Fləşmobun məqsədi ABŞ Prezidentinn “American Idiot” ( Amerikanın “Green Day” rok-rupunun xiti) yazısı olan fotoşəkillərini internetdə yerləşdirmək olub.

Britaniya və Amerikanın bir neçə iri KİV-ləri aksiya barədə yazdıqdan sonra “Google” internetdə “idiot” sorğusu üzrə D. Trampın şəkillərini təqdim etməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top