Trampdan Çinə qarşı 500 milyardlıq təhdid

ABŞ Prezidenti Donald Tramp ümumi dəyəri 500 milyard dollar olan Çin mallarının idxalına rüsumlar tətbiq etməyə hazırdır.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, D. Tramp bildirib: “Mən onları qorxutmaq istəmirəm. Mən istəyirəm ki, onlar düzgün şeylər etsinlər. Həqiqətən də Çinin sədri Si Cinpindən xoşum gəlir, lakin bu, ədalətli deyildi. Çin uzun illərdir bizi sadəcə didir”. Əgər ABŞ-ın təhdidləri reallaşarsa, rüsumlar Çindən bütün idxal həcmini əhatə edəcək. 2017-ci ildə o, 505,6 milyard dollar təşkil edib. Xatırladaq ki, ABŞ və Çin iyulun 6-da bir-birinin malları üzrə idxal rüsumlarının tarifini 25 faizədək qaldırıb.

DİGƏR XƏBƏRLƏR

Top