İsrail ilanlara görə Qəzzada müharibəyə başlamaq istəyir

İsrailin müdafiə naziri Aviqdor Liberman Qəzza zolağında iri və ağrılı hərbi əməliyyat keçirməyin imkanı barədə xəbərdarlıq edib. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, o, Qəzza zolağını idarə edən HƏMAS-ı təxribatlar törətməkdə ittiham edib.

HƏMAS üzvləri yanğın törətmək üçün sərhədyanı rayonlara yandırıcı qurğularla birlikdə hava şarları və ilanlar buraxırlar. İsrail hərbi gücün, təhdidlərin və sanksiyaların köməkliyilə bunun qarşısını almağa çalışır.

A.Liberman bildirib: “Qəzetlər yazırlar ki, ilanlara və yanğınlara görə müharibəyə başlamırlar. Lakin hər bir salam düşüncəli adam oda verilən meşələri, kənd təsərrüfatı məhsullarını görəndə razılaşar ki, bu cür vəziyyət normal deyil”.

Müdafiə naziri xəbərdar edib ki, yeni kampaniya öz miqyaslarına və nəticələrinə görə Qəzzadakı sonuncu iri əməliyatı üstələyə bilər. 4 il əvvəl keçirilmiş həmin əməliyyat zmanı 2 mindən çox fələstinlinin və 70 israillinin həyatına son qoyub.

DİGƏR XƏBƏRLƏR

Top