Sürücülərə şad xəbər - VİDEO

5 müxtəlif istiqamətlərdən gələn yolların kəsişdiyi və ölkənin ən böyük dairələrdən biri hesab olunan “Ukrayna dairəsi”ndə aparılan təmir-tikinti işləri artıq yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yeniavaz.com-a verilən məlumata görə, dairə boyu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Təmir-tikinti işləri çərçivəsində dairədə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, 7500 kv.m sahədə qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və profilə salınması üçün həmin hissələr asfaltlanıb. Bunun ardınca əsas asfaltlanma işlərinə start verilib. Dairəyə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə sadalanan bu işlər 28 min kv.m sahəni əhatə edib.

Növbəti mərhələdə Məhəmməd Hadi küçəsinin Həzi Aslanov metrostansiyasının qarşısından keçən hissəsinin yaxın günlər ərzində əsaslı şəkildə yenidənqurulması işlərinə başlanılacaq.

Ümumilikdə Məhəmməd Hadi küçəsinin yenidən qurulması layihəsi çərçivəsində küçə boyu 130 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.

Yol

DİGƏR XƏBƏRLƏR

Top