Azərbaycanın UEFA reytinqi dəyişdi

Avrokubokların I təsnifat mərhələsində dünən keçirilən cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Üç təmsilçisi meydana çıxan Azərbaycanın mövqeyi dəyişib. “Qəbələ”, “Neftçi” və “Keşlə” mübarizəni dayandırsa da, Avropa Liqasındakı son gün klublarımız üçün xal baxımından faydalı olub. “Qəbələ”nin Lüksemburq “Proqres”inə 1:0, “Keşlə”nin Malta “Baltsan”ına 2:1 hesabı ilə qalib gəlməsi Azərbaycanın hesabına 0.500 xal gətirib.

Ölkəmiz 17.500 xalla 1 pillə irəliləyərək Belarusu qabaqlayıb və 22-ci pilləyə yüksəlib.(Qol.az)

DİGƏR XƏBƏRLƏR

Top