Bakıda avtobus yük maşınına çırpıldı: 10-dan çox yaralı var

Bakı şəhərinin Qaradağ rayonunda ağır yol qəzası baş verib. Lökbatan qəsəbəsi ərazisində "Qazel" markalı, 10 JJ 753 dövlət qeydiyyat nişanlı mikroavtobus ZİL markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan 13 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.

Yaralıların əksəriyyəti qadınlardır.

Faktla bağlı araşdırmalara başlanılıb.(Lent.az)

DİGƏR XƏBƏRLƏR

Top