Türkiyədə İŞİD terror qruplaşması ilə əlaqələrə görə 5 nəfər saxlanılıb. "TASS" agentliyinin xəbərinə görə, saxlanılanlar arasında Rusiyanın Çeçenistan Respublikası üzrə Federal Miqrasiya Xidməti İdarəsinin sabiq rəhbərinin qızı Asu Dudurkayeva da olub. Terror qruplaşma ilə əlaqələrə görə saxlanılmalar İstanbul şəhərində baş tutub.
2013-cü ilin noyabr ayında Çeçenistanın rəhbəri Ramzan Kadırov Dudurkayevi istefaya göndərmişdi. Buna səbəb Dudurkayevin qızının Suriyada İŞİD terrorçuları sırasında olması olmuşdu.(Trend)