Monteneqrolulardan Trampa cavab: FƏXR EDİRİK

Monteneqro hökuməti monteneqroluları aqressiv xalq adlandırmış ABŞ Prezidenti Donald Trampa öz rəsmi səhifəsində cavab verib.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, Monteneqronun Nazirlər Kabinetinin yaydığı məlumatda deyilir: “Monteneqro öz tarixi, ənənələri və sülhsevər siyasəti ilə iftixar edir. Bu cür siyasət ölkəni regionda sabitləşdirici dövlət mövqeyinə və keçmiş Yuqoslaviyanın dağılması zamanı ərazisində müharibə olmayan yeganə dövlətə gətirib çıxarıb”.

Monteneqro hökuməti qeyd edib ki, bu dövlət Avropada faşizmə birinci müqavimət göstərib: “Biz dost münasibətlər qururuq və milli maraqlarımızı şücaətlə və qətiyyətlə qorumaq iqtidarındayıq”.

Xatırladaq ki, D. Tramp daha əvvəl bildirmişdi ki, Monteneqro xalqı çox aqressivdir və ehtimal edib ki, bu, üçüncü dünya müharibəsinə səbəb ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top