Tramp Putinin təklifini rədd etdi

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin səs-küylü işlər üzrə qarşılıqlı əsasda dindirmələrin təşkili haqqında təklifini qəbul etməyib. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ evin nümayəndəsi Sara Sanders deyib.

V. Putin iyulun 16-da D. Trampla görüşün yekunu üzrə bəyan etmişdi ki, Moskva amerikalı müstəntiqlərə ABŞ-ın 2016-cı ildə seçkilərə müdaxilə etməkdə şübhəli bildiyi 12 rusiyalını Rusiyada dindirmək imkanı verə bilər. Bunun müqabilində Vaşinqton Uilyam Brauderin “Hermitage Capital” fondunun işi üzrə şübhəli bilinən ABŞ-ın xüsusi xidmət orqanlarının nümayəndələrini dindirməlidir.

S. Sanders qeyd edib ki, bu, V. Putinin nəzakətlə irəli sürdüyü təklifdir, lakin Prezident D. Tramp onu qəbul etməyib: “Biz ümid edirik ki, Prezident Putin günahlarını və ya günahsız olduqlarını təsdiq etmək üçün 12 rusiyalının ABŞ-a gəlməsini təmin edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top