“Fəlsəfə doktoru deyiləm” - Nazpəri etiraf etdi

Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru olmasıyla bağlı xəbərlərə aydınlıq gətirib. Yeniavaz.com xəbər verir ki, müğənni olke.az-a açıqlamasında bildirib ki, o, “Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu götürüb və hazırda həmin mövzunu işləmək üçün Şamaxıdadır: “Hələki fəlsəfə doktoru deyiləm və yayılan məlumatlar yanlışdır. Hazırda Şamaxıdayam və bu mövzunun üzərində çalışıram”.

Xatırladaq ki, dünən xalq artisti Nazpəri Dostəliyeva İnstaqram hesabında fəlsəfə doktoru elmi adını alması barədə paylaşım edib. Müğənni əvvəlcə elmi dərəcəyə sahib olmasını sübuta yetirən sənəd paylaşsa da, tənqidlərdən sonra onu silib.

Ali Attestasiya Komissiyasının aparat rəhbəri Arif Quliyev bildirib ki, qurum N. Dostəliyevaya elmi dərəcə verməyib.

DİGƏR XƏBƏRLƏR

Top