Rusiyadakı dünya çempionatında ən çox pul xərcləyən 10 ÖLKƏ

Rusiyada keçirilən dünya çempionatı iyulun 15-də başa çatsa da, mundialla bağlı müzakirələr davam edir, müxtəlif statistik məlumatlar açıqlanır.

Yeniavaz.com fanat.az-a istinadən xəbər verir ki, bu dəfə Visa kart sahiblərinin Rusiyada xərclədiyi məbləğlə bağlı statistika dərc olunub. Məlumata görə, Visa kart sahbiləri turnir ərzində oyunların keçirildiyi stadionlarda hər dəfə kartdan istifadə etdikdə orta hesabla 23 dollar xərcləyiblər.
Bu siyahıda Rusiya vətəndaşları birinci olub. Onları ABŞ və Meksikadan olan futbol fanatları izləyir.
Şəxsi ödəmələrdə ən yüksək ödənişlər stadionların daxilində (68 dollar) və "Fan Fest" zonalarında (53 dollar) loqolu məhsalların alışı, həmçinin stadionların daxilində qida məhsulları və içkiərin alınması (13 dollar) zamanı edilib.

Dünya çempionatında ən çox ödəniş edən 10 ölkə

1. Rusiya - 12 milyon dollar
2. AŞ - 3 milyon dollar
3. Meksika - 1,5 milyon dollar
4. Çin - 1,1 milyon dollar
5. Argentina - 700.000 dollar
6. Peru - 560.000 dollar
7. İngiltərə - 550.000 dollar
8. Braziliya - 500.000 dollar
9. Kolumbiya - 420.000 dollar
10. Avstraliya - 400.000 dollar

DİGƏR XƏBƏRLƏR

Top