Faciəvi şəkildə ölən 23 yaşlı oğlanın meyiti tapıldı

Neftçala rayonunun Aşağı Surra kəndində kanalda batmış gəncin axtarışı yekunlaşıb. Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Dadaşov Cavanşir Cümşüd oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top