AFFA Premyer Liqanın daha bir komandasının sponsoru oldu

2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edəcək "Sabah" futbol klubunun sponsoru açıqlanıb.

Yeniavaz.com-un qol.az-a istinadən məlumatına görə, klubun rəsmi feysbuk səhifəsinin yaydığı açıqlamada paytaxt təmsilçisinin büdcəsinin əsasən "Bridge Group of Companies" və müəyyən qədər AFFA-nın ayırdığı vəsait hesabına formalaşacağı bildirilib.

Qeyd edək ki, 2017-ci ildə yaradılan "Sabah"ın təsisçisi "Bridge Group of Companies"in rəhbəri Yaqub Hüseynovdur. Klubun prezidenti isə Maqsud Adıgözəlovdur. "Sabah"da Müşahidə Şurası da fəaliyyət göstərəcək və üzvlər yaxın günlərdə açıqlanacaq.

Beləliklə, yeni mövsümdən etibarən Premyer Liqada yarışacaq komandalardan yarıdan çoxu - 8 klubdan 5-i ("Neftçi", "Sumqayıt", "Keşlə", "Səbail" və "Sabah") rəsmi ya qeyri-rəsmi AFFA-dan asılı vəziyyətdə olacaq.

DİGƏR XƏBƏRLƏR

Top