Ronaldo İspaniya büdcəsinə 18 milyon avro ödədi

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo cərimənin bir qismini İspaniya xəzinədarlığına ödəyib.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, K. Ronaldo iyunda vergidən yayınmaq işi üzrə öz günahını etiraf edib və həbs cəzasından qaçınmaq üçün 18,8 milyon avro cərimə ödəyib. 33 yaşlı portuqaliyalı hücumçu “Real”dan İtaliya klubuna keçməzdən əvvəl vergi ödənişindən yayınmağa görə 13,5 milyon avro ödəyib. K. Ronaldoya İspaniya vergi xidmətlərinə 5,3 milyon avro ödəmək qalıb.

DİGƏR XƏBƏRLƏR

Top