Bir evi bir neçə nəfərə satan vəzifəli şəxslərə hökm oxundu - 21 il

Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən tikinti şirkətinin vəzifəli şəxslərinin məhkəməsi davam etdirilib.

Bakı Ağır Cinayərlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Məmmədov və İsa Məmmədov hakim qarşısına çıxarılıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Çingiz Məmmədov 10 il, İsa Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hər iki şəxs "İdeal-V” tikinti şirkətinin vəzifəli şəxsləridir.

Onlar barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmışdı.

Baş Prokurorluğun məlumatına görə, istintaq zamanı şirkətin direktoru Çingiz Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.

Onlatr cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, bundan yayındıqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (Musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top