Türkiyədə 2 illik fövqəladə vəziyyət rejimi ləğv edilib

Türkiyədə 2 il bundan qabaq elan olunan fövqəladə vəziyyət rejimi ləğv edilib.

Yeniavaz.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 21 iyul 2016-cı il tarixində elan olan fövqəladə vəziyyət rejimi bu gecə yerli vaxtla saat 01.00-da başa çatıb.

Xatırladaq ki, fövqəlada vəziyyət rejimi 15 iyul 2016-cı ildə baş vermiş çevrilişə cəhddən sonra 3 ay müddətinə tətbiq edilmiş və daha sonra hər dəfə 3 ay olmaqla müddəti 7 dəfə uzadılmışdı.

Qeyd edək ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın terror təhlükəsi yarandığı təqdirdə fövqəladə vəziyyət rejiminin bərpa edilə biləcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top