“Google”a rekord cəza

Avropa İttifaqı (Aİ) “Google” şirkətinin daxil olduğu “Alphabet” korporasiyasını 4,3 milyard avro dəyərində cərimələyib.

Yeniavaz.com Technote-yə istinadən xəbər verir ki, bunun səbəbi isə şirkətin monopoliya sahəsindəki qanunvericiliyi pozmasındadır.

Bu məbləğ antimonopoliya sahəsində ən böyük cəza kimi tarixə düşüb.

Məlumata görə, “Google” şirkəti “Android” əməliyyat sistemi əsasında çalışan smartfonlar bazarındakı hegemonluğundan istifadə edərək öz axtarış sisteminin inkişafına nail olub. Aİ-nin tədqiqatında deyilir ki, şirkət öz smartfonlarına məşhur axtarış sistemini və “Chrome” brauzerini inteqrasiya edən istehsalçılara pul ödəyib.

Tələb qoyulub ki, “Google” 90 gün ərzində Avropa İttifaqının şərtlərini yerinə yetirməlidir. Əks halda o, digər cərimələri də ödəməli olacaq.

“Google” isə öz növbəsində komissiyanın qərarını appelyasiya məhkəməsinə verə bilər. Lakin 1 il bundan öncə şirkət eyni üsul ilə ittifaqın fikrini dəyişə bilməmişdi. Həmin vaxtda cərimə məbləği 2,4 milyard avro təşkil etmişdi.

Mütəxəssislərin fikrincə 4 milyard avronun itirilməsi şirkətin işinə heç bir təsir göstərməyəcək. Belə ki, şirkət hər 16 gündən bir bu cür məbləğdə gəlir əldə edir. Hələ 2017-ci ildə şirkət təkcə Avropada rəqəmsal reklamın satılması üzərindən 25 milyard avro gəlir əldə etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top