Qapıçı üçün rekord transfer həyata keçirildi

“Roma” klubunun və Braziliya yığmasının qapıçısı Alisson karyerasını “Liverpul”da davam edəcək. Yeniavaz.com-un RBK-ya istinadən verdiyi məlumata görə, klublar 25 yaşlı futbolçunun transfer məbləğini razılaşdırıblar. Məbləğ qapıçılar üçün rekord vəsait– 75 milyon avro təşkil edəcək. “Liverpul” indi Alissonla şəxsi müqavilənin şərtlərini razılaşdırmalıdır. Bunadək isə ən bahalı qapıçı transferi Canluici Buffonun 2001-ci ildə “Parma”dan “Yuventus”a 52 milyon avroya keçidi olub.

DİGƏR XƏBƏRLƏR

Top