Bakı - Quba yolunda avtobus qəzası - Ölən və yaralanan var - YENİLƏNİB

Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəsisi Səfayə Əhmədovanın verdiyi məlumata görə, sərnişin avtobusu “Nissan” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “Nissan”ın sürücüsü 1992-ci il təvəllüdlü Bayramov Məmmədəli Əkbər oğlu ölüb. Əraziyə 6 "Təcili yardım" maşını göndərilib.

Yaralılardan 6 nəfərinə hadisə yerində yardım göstərilib, daha 4 nəfər isə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan üç nəfərinin vəziyyəti ağırdır. (Report)

Elxan Yusifli adlı şəxsin şəkli.

Elxan Yusifli adlı şəxsin şəkli.

11:29***

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub. Hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb. Avtobusla minik maşının toqquşması nəticəsində bir nəfərin öldüyü bildirilir. Xəsarət alan 6 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına, 2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top