Selfi çəkdirmək istəyən 19 yaşlı oğlan suya düşərək boğulub

Astara rayonunda 19 yaşlı oğlan dənizdə boğulub.

Hadisə şəhərin "Park bulvar" ərazisində qeydə alınıb.

Belə ki, rayonun Şəlivə kənd sakini, 19 yaşlı Tərlan Mirəli oğlu Şükürov dənizdə boğulub. Hadisə zamanı qaynı onunla birgə olub.

Meyit sudan çıxarılarkən yarıçılpaq vəziyyətdə olub. Məlumata görə, T.Şükürov suya çimmək üçün yox, selfi etməkdən ötrü girib. Dəniz ləpəli olduğundan müvazinətini itirərək suya yıxılıb və başından xəsarət alıb.

Meyit sudan çıxarılaraq Lənkərandakı "morq"a təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top