4 ay öncə dünyasını dəyişən Tahir Əkbərin "miras"ı OĞURLANDI - VİDEO

Bu ilin mart ayında dünyasını dəyişən məşhur Azərbaycan bəstəkarı Tahir Əkbərin ən çox sevilən bəstələrindən olan "Əzizim" mahnısı türkiyəli sənətçi tərəfindən oğurlanıb.

Bəstəkarın sözügedən bəstəsini qardaş ölkənin dövlət sənətçisi Halil Karaduman Türkiyədə öz adına sənədləşdirib.

Bu barədə "Hər şey daxil"ə zəng edən mərhum bəstəkarın xanımı Aybəniz xanım qarşılaşdıqları bu olayla bağlı bütün detalları açıqlayıb.

Qeyd edək ki, Tahir Əkbər bu mahnını 1989-cu ildə bəstələyib, ilk ifaçısı da Nisə Qasımova olub. "Əzizim" adlı bəstə Azərbaycan Dövlət Televiziyasının "Qızıl Fond"unda saxlanılır.

Kanon ifaçısı olan Halil Karaduman bu əsəri 1997-ci ildə öz bəstəsi kimi təqdim edib. Sözügedən sənətçi 2012-ci ildə infarktdan dünyasını dəyişib. (Milli.az)

Ətraflı videoda:

video

video

DİGƏR XƏBƏRLƏR

Top