O artıq müasir dünyanın ən zəngin adamıdır

“Amazon” şirkətinin təsisçisi Ceff Bezos müasir dünyanın ən varlı insanı oldu. Yeniavaz.com xəbər verir ki, "Forbes" jurnalının hazırladığı milyarderlər siyahısına görə, Bezosun sərvəti 1,2 milyard dollar artaraq 150,2 milyard dollara çatıb. Siyahının ikinci pilləsində , 93,7 milyard dollarla "Microsoft"un qurucusu Bill Qeyts qərarlaşıb..

J,Bezosun sərvətinin artması "Amazon"un səhmlərinə də təsir edib. Belə ki, səhmlərin dəyərinin artması nəticəsində şirkətin bazar dəyəri 888 milyard dollara çatıb.

Qeyd edək ki, "Amazon" qurulduğu ilk dövrdə onlayn kitab satışı üçün nəzərdə tutulsa da, daha sonra müxtəlif məhsulların satıldığı nəhəng satış brendinə çevrildi.

DİGƏR XƏBƏRLƏR

Top