Azərbaycan neftinin son qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 76,85 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 2,1 dollar/barel çoxdur.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 75,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,04 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlincə, 71,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,47 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti isə 74,27 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,1 dollar/barel çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top