Parisdə 6 metro stansiyasının adı dəyişdirildi - Çempionluğa görə

Fransa millisinin ikiqat dünya çempionu olması şərəfinə Parisdə 6 metro stasiyasının adı müvəqqəti dəyişdirilib. Paris Şəhər Nəqliyyatı İdarəsinin mətbuat xidməti xəbər verir ki, iki stansiya Fransa yığmasının baş məşqçisi Didye Deşamın şərəfinə adlandırılıb. Bunlar "Clemenceau Notre Didier Deschamps" və "Deschamps Elysees"dir.

Bir stansiya komandanın qapıçısı Uqo Lyorisin şərəfinə "Victor Hugo Lloris" adlanacaq. Daha bir stansiya komandanın formasına ikinci ulduzun əlavə olunmasına görə dəyişdirilərək, "On a 2 Etoiles" adlandırılıb. Nəhayət, komandaya dünya çempionu olması qarşılığında təşəkkür əlaməti olaraq, "Bercy les Bleus" adlı stansiya peyda olub.

Qeyd edək ki, Fransa millisi Rusiyadakı dünya çempionatının finalında Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top