Romanı Londona dəyişdi, rekord qırdı


Son günlər transferdə fəallığı ilə seçilən “Vest Hem” daha bir keçidi rəsmiləşdirib. “Çəkicdöyənlər” “Latsio”dan Felipe Andersonu heyətinə qatıb.

Braziliyalı hücumameyilli yarımmüdafiəçinin Romadan Londona köçü kluba 41.5 milyon funt-sterlinqə başa gəlib. Bu isə “Vest Hem”in tarixində transfer rekordudu.

Qeyd edək ki, baş məşqçi postuna Manuel Pelleqrinini gətirən London təmsilçisi Cek Uillşir, Rayan Frederiks, Lukaş Fabianski, Andrey Yarmolenko, İssa Diop və Fabian Balbuenayı da transfer edib.(Apasport)

DİGƏR XƏBƏRLƏR

Top