Benzin istehsalı azalıb, dizel istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 1 milyard 664,4 milyon manat dəyərində neft məhsulları istehsalı olunub və əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,8 faiz artıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, neft məhsullarından avtomobil benzininin istehsalı son 6 ayda 614,7 min ton olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalıb. Yanacaq mazutunun istehsalı isə 33,3 min ton olub və 86,2 faiz azalıb.

Ağ neftin istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 303,8 min ton, dizel yanacağının istehsalı 5,9 faiz artaraq 1 milyon 15,6 min ton olub.

DİGƏR XƏBƏRLƏR

Top